Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, görüşdə əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu diqqətə çatdırıblar.
Tərəflər ATƏT-ın gündəliyində duran məsələlər və fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.
Görüşdə ATƏT-in Yerevan ofisi ilə əlaqədar məsələlər müzakirə olundu. Nazir Elmar Məmmədyarov ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərin diqqətinə çatdırıb.
Modern.az