Çilidə 6,4 bal gücündə zəlzələ olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, yer səthindən 266 km dərinlikdə baş verən zəlzələnin episentri Sokayre şəhərindən 74 km aralıda qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə hələlik xəbər verilməyib.
Qeyd edək ki, bundan əvvəl Argentinanın şimal-qərbində 6,3 bal zəlzələ baş verib.
Modern.az