Uğurlu siyasətçi üçün bir neçə vacib şey lazımdır: yaxşı ideyalar, güclü seçici, elektoral baza və orta hündürlük.
Modern.az saytının məlumatına görə, Böyük Britaniyanın nüfuzlu “The İndependent” nəşri belə yazıb.
Bildirilib ki, hər hansı rəqabət mühitində mövqelər və eqolar toqquşur və bu daha çox siyasətçilərə aiddir.
Və bu anlaşılandır ki, siyasətçilər daha hündür görünmək üçün də yarışa girirlər. Buna görə, əsasən də bəstəboy siyasətçilər batinka ya da hündür dabanı olan ayaqqabı geyinməyə üstünlük verirlər.
Bu mənada Floridadan olan senator Marko Rubio ilə Rusiya prezidenti Vladimir Putin görünür ki, hündür təəssüratı yaratmaq üçün əməlli-başlı texnikadan istifadə ediblər.
“The İndependent” yazıb ki, bununla belə, bu, faktiki boy ölçüsü ilə uyğunsuzluq yaradır.
Hollandiyanın Groningen Universiteti tərəfindən 2015-ci ildə dərc olunmuş araşdırmada ekspertlər bildirib ki, hündürboylu görünmək müsbət assosiasiya yaratmaq üçün töhfə verən faktorlardandır.
Aqşin KƏRİMOV