Modern.az

Kiyevdə polislə etirazçılar arasında toqquşma

Kiyevdə polislə etirazçılar arasında toqquşma

Dünya

20 Fevral 2017, 00:26

Ukraynanın paytaxtı Kiyevdə polislə etirazçılar arasında toqquşma baş verib. Modern.az saytı Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Kiyev şəhərinin polis rəisi Andrey Krişşenko açıqlama verib.

 Onun sözlərinə görə, insident nəticəsində 1  polis əməkdaşı xəsarət alıb, 5 etirazçı saxlanılıb. “112 Ukrayna” kanalı isə 10 etirazçının müxtəlif dərəcəli xəsarət alması barədə məlumat yayıb.

Bundan əvvəl Kiyevdə qondarma Donetsk və Luqansk xalq respublikalarının blokadaya alınmasının tərəfdarları prezident Petro Poroşenkonun iqamətgahı qarşısında çadır qurublar. Hazırda Kiyevdə vəziyyət sakitdir. Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB