Modern.az

Kolumbiyada partlayış: 1 ölü, 31 yaralı

Kolumbiyada partlayış: 1 ölü, 31 yaralı

Dünya

20 Fevral 2017, 00:42

Kolumbiyada partlayış törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə paytaxt Boqota şəhərində qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb. Ölən şəxsin və xəsarət alanlardan 20-nin polis əməkdaşı olduğu bildirilir. Partlayıcı qurğu şəhərin mərkəzində polis korteji keçərkən işə salınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB