Modern.az

Ceyms Uorlik: “Münaqişə bitən kimi Qarabağa dönmək fikrim var”

Ceyms Uorlik: “Münaqişə bitən kimi Qarabağa dönmək fikrim var”

20 Fevral 2017, 14:03

ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin münaqişəni həll etmək üçün gələcəkdə də səy göstərəcəklərinə ümidini ifadə edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş diplomat Qarabağa dönmək arzusunu ifadə edib.

“Ümid edirəm ki, bir gün azərbaycanlılar və ermənilər bir-biri ilə sülh və təhlükəsizlik şəraitində yaşaya biləcəklər. Dağlıq Qarabağ dünyanın ən gözəl yerlərindən biridir. Mənim arzum münaqişə başa çatandan sonra oraya dönməkdir”.

 

30 ildən artıq Dövlət Departamentində çalışan Ceyms Uorlik 2016-cı ildə təqaüdə çıxıb.

 

Vüqar İSMAYILOV  

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB