Modern.az

İstanbulda partlayış: yaralılar var

İstanbulda partlayış: yaralılar var

20 Fevral 2017, 17:32

İstanbulun Küçükçekmece rayonunda partlayış olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış şirniyyat mağazasında baş verib. Partlayış nəticədə 7 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb qaz sızması olub.

Əraziyə təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB