Bülbül prospektində (Sahil metrosunun yaxınlığında) "Chevrolet Orlando" markalı avtomobil yanıb. Modern.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib, avtomobil söndürülüb. Avtomobil yararsız vəziyyətə düşüb. Yanğın prospektdə tıxaca səbəb olub.
Modern.az