Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Ermənistan xəbərləri” portalı yayıb.
Ermənistan KİV-in qısa xəbərindən məlum olur ki, Sarkisyan konstitusiya islahatlarından irəli gələn bəzi işlərin yerinə yetirilməsi ilə bağlı bir sıra göstərişlər verib.
Modern.az