Modern.az

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb - FOTOLAR

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə başlayıb - FOTOLAR

Aktual

22 Fevral 2017, 09:19

Fevralın 21-də - baharın ilk çərşənbəsində Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verib.

Modern.az xəbər verir ki, İçərişəhərdə - “Muğam klub”da keçirilən “Novruz mühazirələri”nin ilk görüşündə xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusundan bəhs edib.

Tədbirdə qeyd olunub ki, “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.

Ç.Abdullayev həyatının və yaradıcılığının maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən söz açıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, gəncləri bədii ədəbiyyat oxumağa dəvət edib. Müasir dünyada texnologiyaların sürətlə inkişaf etdiyini deyən yazıçı insanda dünyagörüşün formalaşmasında, savadlı gənclərin yetişməsində xarici dil öyrənməyin və mütaliənin vacibliyini vurğulayıb. Görkəmli yazıçı, həmçinin tələbələrə tövsiyələrini verib, onların suallarını cavablandırıb.

Tədbirdə məlumat verilib ki, Təhsil Nazirliyi ötən ildən başlayaraq, “Novruz mühazirələri” təşkil edir. “Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsilin və elmin müxtəlif sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Mühazirələrdə tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri davamlı inkişaf, startaplar üçün ən yaxşı təcrübələr, Azərbaycan iqtisadiyyatının uğurları, biliyin qiymətləndirilməsi fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi kökləri, ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafı mövzularından bəhs ediblər.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB