Modern.az

Nəqliyyat Mübadilə Mərkəzində ödəniş terminalları yerləşdirildi

Nəqliyyat Mübadilə Mərkəzində ödəniş terminalları yerləşdirildi

Aktual

22 Fevral 2017, 11:38

Daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb.

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin əməkdaşı Mais Ağayev məlumat verib.

O qeyd edib ki, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir. Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində Bakı Kart ödəniş terminalları yerləşdirilib. 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB