Modern.az

ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq

ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq

Aktual

22 Fevral 2017, 16:18

2017-2018-ci tədris ilindən etibarənAzərbaycan Dillər Universitetində (ADU) dil tədris edənkafedralarda boş elan olunan müəllim vəzifəsini tutmaq üçün müsabiqədə iştirak edəcəkmüəllimlərdən onların dil səviyyəsini müəyyən edən TOEFL, İELTS, DELS, DALF, B2, C1 kimi beynəlxalq dil sertifikatları tələb olunacaq.

 

Bu, müqavilə müddəti bitmiş, attestasiyadan keçəcək müəllimlərə də aiddir.Bununla əlaqədar universitetin bütün kafedralarına bildirişlər göndərilib.

 

Qeyd etmək lazımdır ki, ADU rəhbərliyinin bu qərarı universitetin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və tədris prosesinin keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB