Modern.az

Rusiyada 7 nəfəri öldürən azərbaycanlılara hökm oxundu

Rusiyada 7 nəfəri öldürən azərbaycanlılara hökm oxundu

Aktual

22 Fevral 2017, 16:48

Samara məhkəməsi polis polkovniki Andrey Qoşt və onun ailə üzvlərinin qətlində şübhəli bilinən Azərbaycan vətəndaşlarına hökm oxuyub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Məhəmmədəli Əhmədov və Roman Fətəliyev ömürlük, İslam Babayev 25, Orxan Zöhrabov isə 26 il müddətinə azadlıqdan məhrum olunub.

 

Xatırladaq ki, Andrey Qoşt 2016-cı il aprelin 24-də öz bağ evində öldürülüb. Onun birlikdə 6 ailə üzvü, o cümlədən 3 qadın həlak olub.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB