Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin iyulda Hamburqda G20 zirvəsində iştirak edəcəyini deyib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sammit 7-8 iyul tarixində baş tutacaq.
Bundan öncə, Dmitri Peskov Putin və Tramp arasında görüşün çox güman ki, Hamburqda G20 zirvəsi çərçivəsində keçiriləcəyini demişdi.
Vüqar İSMAYILOV