Modern.az

Dövlət imtahan Mərkəzindən abituriyentlərə MÜRACİƏT

Dövlət imtahan Mərkəzindən abituriyentlərə MÜRACİƏT

Aktual

22 Fevral 2017, 17:58

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə müraciət edib.

DİM-dən Modern.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, mərkəzin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır.

Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində əksini tapacaq.

Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında veriləcəkdir) yararlanmaq olar.

Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB