Modern.az

Neft Daşlarında elektrik montyoru ölüb

Neft Daşlarında elektrik montyoru ölüb

Aktual

22 Fevral 2017, 20:00

Neft Daslarinda elektrik montyoru bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. SOCAR-dan Modern.az-a verilən məlumata görə, hadisə bu gün saat 16.00 radələrində baş verib.

Belə ki, "Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oğlu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.

 

R. Yusifov aldığı xəsarətdən ölüb. Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB