Modern.az

Ukraynada deputat oğurlandı

Ukraynada deputat oğurlandı

23 Fevral 2017, 17:16

Ukrayna parlamentinin deputatı, prezident Pyotr Poroşenkonu dəstəkləyən “Pyotr Poroşenko bloku” fraksiyasının üzvü Aleksey Qonçarenko naməlum şəxslər tərəfindən oğurlanıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qurumun mətbuat katibi Larisa Sarqan deyib ki, biz bu faktı təsdiqləyə bilərik. Hələlik hadisənin təfərrüatına dair heç bir məlumat yoxdur.

Deputatın oğurlanması xəbərini Ukrayna Təhlükəsizlik Xidməti də təsdiq edib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB