Qazaxıstanın Atırau şəhərindəki Dövlət Kiçik İncəsənət Akademiyasında Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində tədbir keçirilib.
Tədbirdə Atırau vilayətində yaşayan çoxsaylı soydaşlarımızla yanaşı, vilayətin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, Aktau şəhərinin incəsənət və rəssamlıq məktəblərinin müəllim və tələbələri, vilayətdə fəaliyyət göstərən digər diasporların rəhbərləri və üzvləri, jurnalistlər iştirak edibər.
Tədbir iştirakçıları Baş konsulluq tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçıvəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş müsabiqədə iştirak etmiş rəsmlərin sərgisinə baxdılar.
Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasının səylərindən danışıb. E.Zeynalov həmçinin Qazaxıstanın internet məkanında Baş konsulluq tərəfindən yaradılmış www.xocalı.kz saytında BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə, parlamentlərinə müraciət yerləşdirildiyini bildirərək, tədbir iştirakçılarını bu müraciətə qoşulmağa çağırın.
Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədr müavini Abbas İmanov, Atırau Dövlət Kiçik İncəsənət Akademiyasının baş müəllimi, Qazaxıstanın tanınmış rəssamı Meyrbek Jaqıpaşev çıxış edərək, Xocalı faciəsi, həlak olmuş insanlar üçün üzüldüklərini bildirinlər.
Çıxışlardan sonra Atırau Dövlət Kiçik İncəsənət Akademiyasının böyük zalında akademiyada təhsil alan çənc aktyorlar tərəfindən müharibələr, terror aktları nəticəsində həlak olan uşaqların xatirəsinə həsr olunmuş “Xeyr və şər” tamaşası nümayiş etdirilib.
Tamaşadan sonra 10-22 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Atirau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət tələb edirik!” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılıb.
Qaliblərə Baş konsulluğun fəxri fərmanları və Azərbaycan haqqında kitablar təqdim olunub.
Sonda tədbir iştirakçıları tərəfindən Atırau Dövlət Kiçik İncəsənət Akademiyasının önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndirərək səmaya qara şarlar buraxılıb.
Modern.az