İraqın baş naziri Heydər Əl-Abadi ölkənin hərbi hava qüvvələrinə Suriya ərazisini bombalamağa göstəriş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Abadi fevralın 15 və 16-sı tarixlərində Bağdada törədilən terror aktlarını da İŞİD-in Suriya qolu tərəfindən törədildiyini vurğulayıb.
“Mən komandanlığa göstəriş vermişəm ki, Suriyanın Hosaib və Alba rayonlarını bombalasın”.
Əl-Abadinin fikrincə, İŞİD nəzarətdə saxladığı bütün ərazilərdən çıxarılmalıdır.
Vüqar İSMAYILOV