Modern.az

Mayda dövlət büdcəsinə əlavə və dəyişikliklər olunacaq

Mayda dövlət büdcəsinə əlavə və dəyişikliklər olunacaq

4 Aprel 2011, 15:31

Dünya bazarlarında neftin qiyməti son bir ay ərzində ən yüksək həddə çatıb. “Qara qızıl”ın bahalaşmasına əsas səbəb Liviyada qiyamçıların hazırkı dövlət başçısı Müammar Qəddafi tərəfdarlarına gücdə yenilməsi göstərilir. Həmçinin neftin bahalaşmasına digər səbəb, dolların məzənnəsinin gündən-günə zəifləməsidir.  Bununla da “qara qızıl”ın bir barelinin qiyməti 107  dollara qədər yüksəlib.
Londondakı “ICE” birjasında isə Brent markalı neft yüksələrək 117,20 dollar təşkil edib. Nəzərə çatdıraq ki, neftin qiymətinin yüksəlişi 2011-ci ilin dövlət büdcəsinə əlavə və dəyişiklikləri   gündəmə gəritib.Onu da vurğulayaq ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 12 milyard 61 milyon manat, xərcləri isə 12 milyard 748 milyon manat təşkil edir. Dövlət büdcəsində neftin 1 barelinin qiyməti 60 dollar səviyyəsində nəzərdə tutulur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov 2011-ci ilin ötən 3 ayında  dünya bazarında neftin  orta qiymətinin 90 dollardan yüksək olduğunu deyir: “Bu, dünya bazarında neftin orta qiymətinin dövlət büdcəsində nəzərdə tutulandan 50 faiz çox olması deməkdir. Büdcəyə daxilolmaların payı artıb. O baxımdan gələn ay dövlət büdcəsinə əlavə və dəyişikliklərin olunması qaçılmazdı. Güman edilir ki, gəlirlərin artımı büdcədə profisitin yaranması bəzi xərc maddələrinin artırılmasına gətirib çıxara bilər”.

V.Bayramovun sözlərinə görə, qiymətləndirmələr büdcənin gəlirlər və xərclər hissəsinə 2 milyard manat əlavə ediləcəyini göstərir.
"Gözləniləndir ki, bu halda daha çox vəsait investisiya layihələrinə yönəldilsin. May ayında büdcəyə dəyişikliklər edilən zaman  dövlət büdcəsində neft sektorunun rolunun, payının azaldılması məqsədilə Neft Fondundan büdcəyə transfertlərin həcminə əlavələrin edilməməsi daha məqsəd uyğundur”.

Mütəxəsiss hesab edir ki, dəyişikliklər neftin dünya bazar qiymətinin qalxması nəticəsində dövlət büdcəsinə əlavə daxil olmanın hesabına edilməlidir: “Praktiki bununla dövlət büdcəsinin Neft Fondundan asılılığını aradan qaldırmaq mümkün olar”.

İSİM rəhbəri bildirir ki, dövriyyədə pul kütləsinin artması nəticə etibari ilə qiymətlərin qalxması və  2011-ci ilin 2-ci yarımilində Azərbaycanda daha yüksək inflyasiyanın yaranmasına  səbəb ola bilər.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal