Modern.az

Şəhidlərimizin meyiti döyüş meydanından çıxarıldı

Şəhidlərimizin meyiti döyüş meydanından çıxarıldı

27 Fevral 2017, 16:56

Azərbaycan Müdafiə Nazirliyi fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın meyitlərinin döyüş meydanından çıxarıldığını bəyan edib.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 
Bildirilib ki, hərbi qulluqçularımızın nəşi beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.

Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada ordumuzun fevralın 24-dən 25-nə keçən gecə5 şəhid verdiyi bildirilir. Onlar Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğludur.


Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi