Modern.az

Sabahdan Nərimanov prospektində hərəkət məhdudlaşdırılır

Sabahdan Nərimanov prospektində hərəkət məhdudlaşdırılır

27 Fevral 2017, 18:40

Sabahdan Nərimanov prospektində hərəkət məhdudlaşdırılır.

Azəravtoyol ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nərimanov prospekti yenidən qurulur.

 

Bu işlər çərçivəsində sözügedən prospekt ilə avtonəqliyyat vasitələrinin hərəkəti 28 fevral 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq. Məhdudlaşdırma N.Nərimanovun heykəlinin yerləşdiyi ərazidən "Statistika dairəsi"nə qədər olan hissədə tətbiq ediləcək.

 

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

 

Modern.az

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB