Modern.az

Nərgiz Paşayeva heykəlin sökülməsini pislədi: "Bu vandalizm və barbarlıqdır"    

Nərgiz Paşayeva heykəlin sökülməsini pislədi: "Bu vandalizm və barbarlıqdır"       

Aktual

27 Fevral 2017, 21:58

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva paytaxtda Mikayıl Müşfiqin heykəlinin “Azəravtoyol” ASC tərəfindən sökülməsini pisləyib. Modern.az xəbər verir ki, N. Paşayeva haqqin.az-a açıqlamasında bu hadisəni vandalizim adlandırıb: "Bu vandalizm və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.

N.Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən “Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.

Qeyd edək  ki, “Azəravtoyol” ASC heykəli Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan, nazirliyə xəbər vermədən söküb. Nazir Əbülfəz Qarayevin bu hadisədən hiddətləndiyi açıqlanıb. Habelə heykəltaraşlar, Yazıçılar İttifaqı, Rəssamlar İttifaqı Stalin repressiyalarının qurbanı olmuş şairin heykəlinə qarşı bu vandalizm əməlini kəskin pisləyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB