Bəyanat Nevada ştatının qubernatoru Brayən Sandoval tərəfindən imzalanıb. Sənəddə, onun “Xocalını Anma Günü” münasibətilə imzalandığı bildirilir.
Modern.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyanatda, Xocalı faciəsinin qurbanlarının Nevada ştatı tərəfindən anıldığı qeyd olunur və bu dəhşətli hadisənin törətdiyi ağır nəticələr nəzərdə tutularaq, dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və dözümlülüyün önəmi vurğulanır.
Qeyd edək ki, bu bəyanat, Nevada ştatının qubernatoru tərəfindən Xocalı faciəsinə dair imzalanmış ilk rəsmi sənəddir.
Respublikaçılar partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.