Deputat Məlahət İbrahimqızı “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunmasının əleyhinə olan bəzi deputatları və ginekoloqları tənqid edib.
Modern.az xəbər verir ki, bunu "2017-2025-ci illər üzrə Azərbaycan Respublikası əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın" ilkin layihəsinin müzakirəsinə həsr olunan işçi görüşdə deputat Məlahət İbrahimqızı bildirib ki, bu günə qədər Milli Məclis səviyyəsində Reproduktiv Sağlamlıqla bağlı müxtəlif tədbirlər keçirilsə də bəzi deputatlar onun fəlsəfəsini, mahiyyətini ya bilmirlər, ya bilmək istəmirlər, ya da qəbul etmirlər.
“Milli Məclis patriarx gücü olan parlamentdir. Parlamentdəki 125 millət vəkilinin 20%-ə qədəri qadınlardır. Yəni böyük qismi kişilər təşkil edir. Reproduktiv sağlamlıq dedikdə o saat deyirlər ki, milli dəyərlərə ziddir. Ancaq surroqat ana başa düşülür. Bununla da qanun layihəsinin ikinci oxunuşdan qəbul olunmasına problemlər yaradırlar. Azərbaycana belə bir qanun lazımdır. Düzdür əvvəllər olduğu kimi deyil, amma hələ də bu qanun layihəsin ikinci oxunuşdan sonra təsdiqlənməsi üçün ciddi probelmlərimiz var”.
Məlahət İbrahimqızı , qanun layihəsinin qəbul olunmasına maneə yaradanlardan birinin də ginekoloqlar olduğunu bildirib.
"Qanun layihəsi müzakirə başlayandan surroqat ana məsələsinin layihədə olmasının vacibliyi vurğulandı. Azərbaycanda nə qədər din dövlətdən ayrı olsa da, konservativ fikirli insanlar, xüsusilə deputatlar bu məsələyə müqavimət göstərdilər”.
Mirmahmud KAZIMOĞLU