Modern.az

"Şəhidimizin yaxınlarına qarşı hörmətsizlik olunması xəbəri yanlışdır" - AZAL

"Şəhidimizin yaxınlarına qarşı hörmətsizlik olunması xəbəri yanlışdır" - AZAL

28 Fevral 2017, 21:36

“Bu gün bəzi saytlar guya “Azərbaycan Hava Yolları”QSC (AZAL) tərəfindən nəşi Naxçıvana göndərilən şəhidimiz Tural Haşımlının yaxınlarına qarşı hörmətsizlik olunmasına dair xəbərlər dərc edib. AZAL bu cür təhrif olunmuş və həqiqətə əsaslanmayan xəbərlərin yayılmasından təəssüflənir”. Modern.az  xəbər verir ki, bunu “APA”ya açıqlamasında AZAL prezidentinin köməkçisi Paşa Kəsəmənski bildirib.

“Həmin saytlar yazır ki, guya şəhidimizin nəşi yola salınarkən cəmi beş qohuma bilet verilib, bilet olmadığı üçün digər qohumlar onları müşayiət edə bilməyiblər. Bu, kökündən yanlış xəbərdir. Belə ki, yazılanların əksinə olaraq AZAL daha böyük, yəni “Aerobus A-320” tipli təyyarə ayırıb. Bu addım mövcud şərait nəzərə alınaraq atılıb. Hətta şəhidimizin qohumları bu jestə görə AZAL-a təşəkkürünü də bildiriblər. Başqa sözlə, yazılanlar nəinki əsassızdır, hətta haqsızdır”, - deyə P.Kəsəmənski bildirib.

 AZAL rəsmisi qeyd edib ki, Naxçıvanda müşahidə olunan qatı duman səbəbindən aviareys bir qədər yubanma ilə yerinə yetirilib.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU