Türk ordusu Suriyanın bir qədər əvvəl İŞİD-dən azad edilmiş El-Bab şəhərinin strateji hissəsində müvəqqəti hərbi baza yaradıb. Modern.az xəbər verir ki, bu barədə "Hurriyet Daily News" qəzeti məlumat yayıb.
Qəzetin hərbi mənbələrə istinadən məlumatına görə, baza Əl-Babdakı yüksəklikdə yerləşir.
Bazanın türk ordusunun zirehli texnikasının təmiri və dislokasiyası üçün istifadə edildiyi bildirilir.
Modern.az