Çilidə yenidən zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar Çilinin Sakit okean sahillərində 5,6 bal gücündə qeydə alınıb.
ABŞ-ın Geologiya Xidmətinin məlumatına görə, zəlzələnin episentri port şəhəri Kelondan 628,4 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barəsində məlumat verilmir.
Modern.az