Modern.az

Neft Fondu böhran ilində 53 milyard dollar qazandı

Neft Fondu böhran ilində 53 milyard dollar qazandı

Dünya

1 Mart 2017, 00:23

Norveç Neft Fondu 2016-cı ildə 447 mlrd. kron və ya 53 mlrd. ABŞ dolları həcmində gəlir əldə edib. Modern.az "Report"a- istinadən bildirir ki,  fonddan verilən məlumata görə, 2016-cı ildə onun gəlirliyi 6,9 faiz təşkil edib. Qeyd edək ki, 2015-ci ildə gəlirlik 2,7 faiz olub.

"Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ABŞ-da prezident seçkilərindən sonra maliyyə bazarlarında, xüsusilə səhm bazarlarında yaranmış münbit şərait Fondun gəlirlərinin artmasında önəmli rol oynayıb.

Fondun baş icraçı direktoru İnqve Slinstad (Yngve Slynstad) bildirib ki, Fondun bütün kateqoriyadan olan aktivləri gəlir gətirsə də, əsas hissə ilin ikinci yarısında səhm bazarından əldə olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə investisiya gəlirləri 2,15 faiz təşkil edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB