Modern.az

Prezidentdən müharibə çağırışı

Prezidentdən müharibə çağırışı

Dünya

1 Mart 2017, 00:54

Filippin prezidenti Rodriqo Duterte ölkə ərazisində narkotika ticarəti ilə mübarizə aparmaq üçün yenidən polis qüvvələrini cəlb etməli olub. Modern.az-ın xarici mediaya istinadən məlumatına görə, bir neçə gün əvvəl Filippin milli polisinin rəisi deyib ki, son həftələrdə ölkənin bir çox şəhərlərində narkotik vasitələrin yayılması yenidən artıb.

Buna cavab olaraq, Filippin prezidenti narkotik vasitələrə qarşı irimiqyaslı mübarizəni bərpa etdirəcəyini bəyan edib.

Qeyd edək ki, R.Dutertenin hakimiyyətə gəldiyi 2016-cı il iyunun 30-dan narkotika ticarəti ilə əlaqəsi olan 6 mindən çox insan qətlə yetirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB