Modern.az

Ərdoğan Pakistanda Qarabağ çağırışı etdi

Ərdoğan Pakistanda Qarabağ çağırışı etdi

Aktual

1 Mart 2017, 11:13

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün qətiyyətli addımlar atmalıyıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü sammitində çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, bu toplantı hər nə qədər iqtisadi sammit olsa da, əsl məqsəd siyasətdir, siyasi yanaşmadır:

"Hər hansı məsələdə addım atarkən siyasəti bir kənara qoymaq mümkün deyil".

Türkiyənin dövlət başçısı bir çox müsəlman ölkələrinin problemləri olduğunu bildirib:

"Əfqanıstanın, Azərbaycanın sıxıntıları var. Dağlıq Qarabağ problemi var. 20 ildən çoxdur davam edən bu münaqişə ilə bağlı bir nəticə əldə olunmadı. Bu məsələdə həm İqtisadi Əməkdaşlıq Təşkilatı, həm də İslam Əməkdaşlıq Təşkilatı olaraq qətiyyətli addımlar atmalıyıq. Ermənistanın işğalçılıq siyasəti məsələsini hər toplantıda qaldırmalıyıq".

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU