Modern.az

Bakı Dövlət Universitetində “Diaspor dərsi” keçirilib

Bakı Dövlət Universitetində “Diaspor dərsi” keçirilib

Aktual

1 Mart 2017, 15:56

Bakı Dövlət Universitetində Diaspor Jurnalistləri Birliyinin könüllü olaraq “Ali məktəblərdə diaspor dərsləri” layihəsinin ilk dərsi keçirilib. BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov tədbiri açaraq  iştirakçıları və qonaqları salamlayıb, layihənin ilk olaraq Bakı Dövlət Universitetində keçirilməsindən məmnunluğunu ifadə edib.

 

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə layihənin məqsədindən danışaraq əsas hədəflərin tələbə-gənclərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, gənclərin informasiya müharibəsinin aparılmasında rolunu gücləndirmək olduğunu qeyd edib.

 

Daha sonra “Hollandiya Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimli, Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri olmuş gənc politoloq Elvin Babayev və  Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirlinin çıxışları maraqla dinlənilib. Çıxışçılar  məlumat və maarifləndirmə xarakterli “Diaspor dərsi”də ulu öndər Heydər Əliyevin “azərbaycançılıq ideologiyası”nın   xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsində rolu, Azərbaycan dövlətinin diasporun inkişafı istiqamətində gördüyü işlər,  xaricdəki tələbə-gənclərimizin diaspor fəaliyyətinin perspektivləri, Azərbaycan gənclərinin informasiya müharibəsinin aparılmasında rolu mövzularından ətraflı bəhs ediblər.   

      

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU