Ermənistanın Ararat vilayətində insident baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Taperakan kəndi yaxınlığından keçən qatar qoyun sürüsünə çırpılıb.
Hadisə zamanı 140 qoyun-quzunun öldüyü, 25-nin isə yaralandığı bildirilir.
Qoyun sürüsünün 49 yaşlı Casmu Xdoyana məxsus olduğu aydın olub.
Qatarın maşinisti duman səbəbindən qoyun sürüsünü görə bilmədiyini deyib.
Vüqar İSMAYILOV