Modern.az

Britaniyalı ekspertdən Qarabağ XƏBƏRDARLIĞI: “Yazda müharibə başlaya bilər”

Britaniyalı ekspertdən Qarabağ XƏBƏRDARLIĞI: “Yazda müharibə başlaya bilər”

Aktual

1 Mart 2017, 18:12

Britaniyalı ekspert, “Karneqi-Avropa” fondunun əməkdaşı Tomas De Val Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti proqnozlarını verib.

 

Modern.az-ın məlumatına görə,ekspertin fikrincə, cəbhədə baş verənlər yazda irimiqyaslı döyüşlərin başlana biləcəyindən xəbər verir.

“Yazda irimiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Rusiya regionda ən nüfuzlu tərəf olsa da, ATƏT və BMT kimi təşkilatlar da öz kanalları vasitəsilə yeni münaqişənin ağır nəticələri barədə tərəflərə xəbərdarlıq edə bilər. Bütün bunlara baxmayaraq, tərəflərdən biri, xüsusən hər ikisi müharibə istəyirsə, bunun qarşısını çox az şey ala bilər”.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU