Modern.az

Ermənistan ordusunun 2 hərbçisi öldü

Ermənistan ordusunun 2 hərbçisi öldü

Qarabağ

1 Mart 2017, 22:14

Ermənistan ordusu bu gün 2 hərbçisini itirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki,  hərbçi Never Babacanyan (1980-ci il) cəbhənin Xocavənd istiqamətində artilleriya zərbəsi zamanı ölüb.

Təmas xəttinin digər istiqamətlərində də intensiv atışmanın olduğu xəbər verilir.

 

Digər ölüm hadisəsi isə Yerevandan klinikalarından birində qeydə alınıb.  Yanvarın 16-da başından güllə yarası alan hərbçi Qurgen Sarkisyan bu gün müalicə aldığı klinikada ölüb. Onun əsgər yoldaşı tərəfindən güllələndiyi bildirilir.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal