Modern.az

Kaliforniya  su altında qala bilər

Kaliforniya  su altında qala bilər

Aktual

1 Mart 2017, 22:59

ABŞ-ın Kaliforniya ştatı su altında qalma təhlükəsi ilə üzləşib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə NASA kosmosdan görüntülər əldə edib. NASA-nın kosmosdakı peyklər üzərindən əldə etdiyi görüntülərdən məlum olur ki,  San Yoaqin vadisinin yeraltı sularının fəallaşması nəticəsində bəzi bölgələrdə çökmə olub.

Xüsusən, Kaliforniyanın San Yoaqin vadisində yeraltı suların quraqlıq zamanı kənd təsərrüfatı üçün həddindən artıq istifadə edilməsi bəzi bölgələrdə çöküntülərə səbəb olub. Bu çöküntülər Kaliforniyada körpü və yolların da ziyan görməsi ilə nəticələnib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU