“2015-ci llə müqayisədə ötən il yanıq şöbəsinə müraciət edən xəstələrin sayı xeyli azalıb. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə yanıqdan ölüm halı ötən il xeyli azalıb”.
Modern.az xəbər verir ki, bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun plastik və Rekonstruktiv Cərahiyyə klinikasının yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov deyib.
O qeyd edib ki, ötən il yanıq şöbəsinə 800 stasionar, 1200 ambulator xəstə müraciət edib:
“Şöbəyə müraciət edənlərin arasında uşaqların sayı çoxluq təşkil edir. Uşaqlarda ən çox isti su yanıqları müşahidə olunur. Böyüklərdə isə daha çox partlayış, eləcə də su yanıqlarlna rast gəlinir”.
Şöhrət Məmmədov bildirib ki bu il şöbədə 150 rekonstruktiv cərrahiyə əməliyyatı həyata keçirilib: “Şöbəyə müraciət edənlərin 70 faizində bədənin 50 faizi ağır yanıq xəsarəti almış xəstələrdir”.
Gülşən RAUFQIZI