Modern.az

BDU-da “Tarixini unutma, o, gələcəyin aynasıdır” adlı tədbir keçirilib

BDU-da “Tarixini unutma, o, gələcəyin aynasıdır” adlı tədbir keçirilib

Aktual

2 Mart 2017, 14:58

Bakı Dövlət Universitetində SABAH qrupları Tələbə Həmkarlar Təşkilatı tərəfindən 31 martAzərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixini unutma, o, gələcəyin aynasıdır” adlı tədbir keçirilib.

 

Tədbirdə tarixçi alim Kamran Əsədov, THİK sədri Daşqın Qənbərov, BDU SABAH mərkəzinin rəhbəri İradə Süleymanova və  BDU SABAH Qrupları tələbələri iştirak ediblər.

Çıxış edən təşkilat sədri Mirhadı Səmidzadə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunantədbirin keçirilməsinin əhəmiyyətindən, SABAH Qrupları Hüquq fakültəsi tələbəsi Faiq İsazadə informasiya müharibəsinin önəmindən, insanlıq əleyhinə olan cinayətlərin hüquqi aspektindən bəhs edib.

 

Sonra çıxış edən Daşqın Qənbərov və İradə Süleymanova həqiqətlərin dünyaya yayılmasında tələbələrin rolundan danışıb və tövsiyələrini veriblər.

 

Tədbirin sonunda BDU SABAH THT tərəfindən bir müddət öncə keçirilmiş “Gənc yazar” müsabiqəsinin qaliblərinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU