Modern.az

Ərdoğan Gülən HAQDA: “Kanadaya qaçmaq niyyətindən xəbərdarıq”

Ərdoğan Gülən HAQDA: “Kanadaya qaçmaq niyyətindən xəbərdarıq”

2 Mart 2017, 16:43

“Əgər Fətullah Gülən Kanadaya qaçarsa, biz onun eksdtradisiya olunması üçün müraciət edəcəyik”.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyip Ərdoğan məlumat verib. Türkiyə prezidenti FETÖ terror təşkilatının lideri elan olnumuş Gülənin Kanadaya qaçışı ilə bağlı kəşfiyyat məlumatlarının olduğunu deyib.

 

“Biz Kanadakı villa ilə bağlı xəbərdən məlumatlıyıq. Bilmirəm, Kanada bu təklifə necə münasibət bəsləyəcək. Onlar bizim Pensilvaniyaya (Gülənin yaşadığı ABŞ ştatı) münasibətimizi bilirlər. Amma hələ ki. Gülənin Kanadaya qaçması barədə söhbətlər ciddi önəm daşımır. Əgər belə olsa, məsələni ən yüksək səviyyədə qaldıracayıq”.

 

Ərdoğan Gülənin ekstradisiya olunması ilə bağlı Vaşinqtonla kontaktları davam etdirdiklərini və məsələnin müsbət yolla həllinə ümidini də vurğulayıb.

 

Vüqar İSMAYILOV    

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU