Modern.az

Yaponiyalı professor BDU-da mühazirə oxuyub

Yaponiyalı professor BDU-da mühazirə oxuyub

2 Mart 2017, 17:32

Yaponiyanın Kumamoto Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Tətbiqi kimya kafedrasının professoru Hirotaka İhara BDU-nun Fizika fakültəsinin Nano Anaraşdırmalar laboratoriyasının qonağı olub.

 

Fizika fakültəsinin dekanı, professor  Məhəmmədəli Ramazanov qonağı salamlayaraq bildirib ki, BDU ilə Kumamoto Univeristeti arasında sıx elmi əlaqələr qurulub və yaponiyalı professorların Nano Araşdırmalar laboratoriyası və mərkəzində mühazirələri ənənə halını alıb. Görüşdə birgə elmi əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, magistr və doktorantların hazırlanması müzakirə edilib.

 

Sonra professor Hirotaka İhara «Polimerlərin xirooptik funksionallaşmasının supermolekulyar platforması» mövzusunda məruzə ilə çıxış edib. Görüşdə Fizika və Kimya fakültələrinin professor-müəllim heyəti, magistr və doktorantlar, Nano Araşdırmalar mərkəzinin əməkdaşları iştirak ediblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU