Modern.az

17 xarici hərbi attaşe Azərbaycan Ali Hərbi Məktəbinə getdi

17 xarici hərbi attaşe Azərbaycan Ali Hərbi Məktəbinə getdi

2 Mart 2017, 17:38

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri martın 2-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar.


Modern.az xəbər verir ki, on dörd dövləti təmsil edən hərbi attaşelik aparatının on yeddi nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları  maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal