Modern.az

Ukrayna vətəndaşları da Avropaya vizasız gedəcək

Ukrayna vətəndaşları da Avropaya vizasız gedəcək

Aktual

2 Mart 2017, 23:59

Avropa İttifaqı Şurası Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə razılıq verib. Modern.az  APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.

“2017-ci ilin martın 2-də Aİ ölkələrinin səfirləri Ukrayna vətəndaşları üçün viza rejiminin liberallaşdırılmasına dair 28 fevral tarixli qeyri-formal razılaşmanı Şura adından təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.

Saziş Ukrayna vətəndaşlarına Aİ ölkələrinə yarım il dövründə 90 gündən çox olmayan müddətə səfər etməyə icazə verir.

Razılaşma səsverməyə çıxarılması üçün Avropa Parlamentinə təqdim edilib.

Fevralın 28-də Avropa Parlamenti və Aİ Şurasının nümayəndələri Ukrayna vətəndaşları üçün viza rejiminin ləğv edilməsini razılaşdırıblar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU