Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya komissiyasının iclası keçirildi. Şura üzvləri Əliməmməd Nuriyev, Dilarə Vəliyeva, müstəqil ekspert İsrail İskəndərov (komissiyanın sədri) və Katibliyin hüquqşünası Vüsal Quliyevdən ibarət Apelyasiya komissiyası Katibliyin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 2 QHT-nin şikayət ərizəsini araşdırdı.
Şuranın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, apelyasiya komissiyasına ərizə ilə müraciət etmiş Qadın Təşəbbüsü və Sosial problemlərin Həllinə Yardım İctimai Birliyi, eləcə də Azadlıq Hərəkatçıları İctimai Birliyi rəhbərlərinin nəzərinə onların layihə təkliflərində yol verilmiş çatışmazlıq və nöqsanlar çatdırıldı.
"Şəffaf və qarşılıqlı anlaşma şəraitində keçən araşdırmalarda bununla yanaşı qeyd edildi ki, təşkilatlar bu layihələrindəki qüsurları aradan qaldırmaqla onları Şuranın keçirəcəyi növbəti maliyyə yardımı müsabiqəsinə təqdim edə bilərlər".
Modern.az