Modern.az

Sərhəddə külli miqdarda xarici markalı siqaretlər aşkarlandı

Sərhəddə külli miqdarda xarici markalı siqaretlər aşkarlandı

Aktual

3 Mart 2017, 11:16

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız  siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub. 

Bu haqda Modern.az-a Dövlət Gömrük Komitəsindən məıumat verilib. 

 

Dərhal yaradılan əməliyyat qrupu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində  Suraxanı rayon Qaraçuxur qəsəbəsi Cəlal Qasımov küçəsində Azərbaycan Respublikası vətəndaşı Qurbanov Elvin Əfrasiyab oğlunun idarə etdiyi “OKA SeAZ-11116” markalı, 24 BE 054 dövlət qeydiyyat  nişanlı minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib.

 

Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan külli miqdarda xarici markalı siqaretlər aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU