“900-ə yaxın Azərbaycan vətəndaşı Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub”.
Modern.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev bildirib.
M.Quliyevin sözlərinə görə, onların çoxu həlak olub:
“Onların 84 nəfəri Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Son bir ildə 54 nəfər bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb".
M.Quliyev ermənilərin Azərbaycanda törətdiyi terrordan da danışıb.
O qeyd edib ki, ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb:
"Erməni terrorçuları hələ ötən əsrdən Azərbaycana qarşı terror hadisələri törədib. Erməni terroru 1980-ci illərdən yenidən vüsət alıb. Azərbaycan ərazilərinin 20 faizi işğal olunub”.
Gülşən RAUFQIZI