Modern.az

Əbülfəs Qarayev Musiqili Teatrın əməkdaşlarını mükafatlandırdı

Əbülfəs Qarayev Musiqili Teatrın əməkdaşlarını mükafatlandırdı

Aktual

3 Mart 2017, 13:57

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 10 - Mart Milli Teatr Günü münasibəti ilə teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətlərinə və milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə Musiqili Teatrın bir neçə əməkdaşını mükafatlandırıb.

Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu Modern.az-a bildirib ki, aktyor, Əməkdar artist, Prezident mükafatçısı Novruz Əliyev (Qartal) və orkestr artisti Zakir Dadaşov “Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman”ı, quruluşçu rəssam Nabat Səmədova isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal