Modern.az

Elmar Məmmədyarov Rusiyaya gedir

Elmar Məmmədyarov Rusiyaya gedir

3 Mart 2017, 18:05

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 5-7 mart 2017-ci il tarixində Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.

XİN-dən Modern.az-a bildirilib ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin nazir Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-nin Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal