Modern.az

Bu il Türkiyəyə gedən rusiyalı turistlərin sayı 35 dəfə artıb - STATİSTİKA

Bu il Türkiyəyə gedən rusiyalı turistlərin sayı 35 dəfə artıb - STATİSTİKA

Aktual

3 Mart 2017, 21:32

Türkiyə bu il 3 milyondan artıq rus turistinin ölkəyə səfərini gözləyir. Modern.az Türkiyə KİV-nə isitnadən xəbər verir ki, bu barədə Antalya Ticarət-Sənaye Palatasının sdəri Davud Çetin məlumat verib.

 

 

Onun sözlərinə görə, bu ilin fevralında Antalyaya 12 min 679 rus turisti səfər edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 dəfə çoxdur.

 

 

Davud Çetin həmçinin bu il Ukraynadan gələn turistlərin sayının 1 milyonu keçəcəyini də deyib. İsraildən isə 2017-ci ildə 350-400 min turistin gəlişi gözlənilir.

 

 

2016-cı ildə Türkiyəni 25,35 milyon turits ziyarət edib. Bu 2015-ci illə müqayisədə 30,1% az göstəricidir.

 

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal