Modern.az

Goranboyda 13 yaşlı qızı avtomobil vurub

Goranboyda 13 yaşlı qızı avtomobil vurub

Aktual

4 Mart 2017, 01:01

Goranboy rayonunda 13 yaşlı qızı avtomobil vurub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Goranboy-Qızılhacılı avtomobil yolunda baş verib.

Belə ki, yolu keçən Qızılhacılı qəsəbə sakini Güllü Məmmədova "Ford" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış yeniyetmə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaraliya tibbi yardım göstərilib. Onun vəziyyəti kafi qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU