Modern.az

Göygöldə ölən piyadanın kimliyi məlum olub

Göygöldə ölən piyadanın kimliyi məlum olub

Aktual

4 Mart 2017, 22:46

Göygöldə avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, o, Gədəbəy rayon sakini 1970-ci il təvəllüdlü Haqverdiyev Bəylər Fərman oğludur.

Qeyd edək ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, kimliyi məlum olmayan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. Daha sonra piyadanı vuran “Toyota Prado”-nun sürücüsü və sərnişinləri ilə həkimlər arasında xəstəxanada insident baş verib. Münaqişə zamanı həkimlərə qarşı zor tətbiq edilib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU